Banqladeşdə son sutkada daha 503 koronavirusa yoluxma halı qeydə alınıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Banqladeş Səhiyyə Nazirliyi yayıb.
Bildirilib ki, son sutkada daha 4 nəfər pandemiyanın qurbanı olub. Bununla da ölkə üzrə yoluxanların sayı 4 689-a, qurbanların sayı isə 131-ə çatıb.
Məlumata görə, ölkə üzrə koronavirusdan 112 nəfər sağalıb.
Qeyd edək ki, Banqladeş hökuməti sosial təcrid rejiminin müddətini aprelin 25-dək uzadıb.