Avstriya lideri yenidən prezidentliyə namizəd olmaq qərarını açıqlayıb

Avstriyanın hazırkı prezidenti Aleksandr Van der Bellen yenidən dövlət başçısı uğrunda seçkilərdə iştirak edəcəyini açıqlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Avstriya Respublikasının Federal Prezidenti vəzifəsinə yenidən namizədliyimi verirəm”, - Van der Bellen vurğulayıb.

Xatırladaq ki, Avstriyada prezident seçkiləri 2022-ci ilin payızında keçirilməlidir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10