​Avropalıların Krımda istirahət etməsi və ora investisiya yatırması qadağan edildi

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) Krıma qarşı sanksiyalar siyahısını qəbul edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, məhdudlaşdırıcı tədbirlər şənbə günü, dekabrın 20-də qüvvəyə minəcək.

"Dekabrın 20-dən Krım və Sevastopola investisiya yatırmaq qanunsuz hesab olunacaq. Avropa və Avropa İttifaqında olan şirkətlər Krımda daşınmaz əmlak və müəssisə ala, Krım şirkətlərini maliyyələşdirə və bununla bağlı xidmətlər göstərə bilməyəcək", - deyə Avropa İttifaqı Şurasının saytına yerləşdirilən bəyanatda bildirilir.

Digər xəbərlər

Dubayda PUA binaya düşüb 12 mart, 2026 / 05:42