Argentinanın federal hakimi Maria Kapuçetti, məhkəmə qərarına baxmayaraq Braziliyanı tərk edən braziliyalı senator Flavio Bolsonarunun ölkəyə girişi ilə bağlı miqrasiya orqanlarından məlumat istəyib.
"Report"un A24 telekanalına istinadən məlumatına görə, hakim həmçinin Bolsonarunun və ailəsinin ABŞ-yə getməzdən əvvəl Ekvadora yola düşdüyü Puerto-İquasu hava limanından CCTV kamera videogörüntülərinin qorunmasını tapşırıb.
Kapuçetti bundan əlavə Argentina hökumətindən Braziliya səlahiyyətlilərinin senatorun prosesual statusu və ona qarşı tətbiq olunan məhdudiyyətlər barədə rəsmi şəkildə xəbərdar olub-olmadığını bildirməsini tələb edib.
Hakim İşçi Partiyasının fəalı Qabriel Solano tərəfindən verilən şikayəti araşdıran prokuror Paloma Oçoanın vəsatətlərini təmin edib.
Q.Solano müraciətində gizlətmə, səlahiyyətdən sui-istifadə, vəzifə borclarının düzgün yerinə yetirilməməsi, habelə dövlət vəsaitlərinin oğurlanması və mənimsənilməsi ilə bağlı mümkün faktların araşdırılmasını tələb edib.