Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib

ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsi təklifi ilə çıxış edib.

"Report" EFE-yə istinadən xəbər verir ki, bu barədə Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Bolivar Respublikasına qayıtdıqdan sonra keçirdiyi ilk mətbuat konfransında bildirib.

O qeyd edib ki, ölkənin bütün vətəndaşlarının növbəti seçkilərdə səs verə bilməsi üçün çalışacaq.

"Venesuelada olmağım hakimiyyətin ötürülməsi prosesində irəliləyiş olduğunu göstərir", - o deyib.

Maçado 2026-cı ilin yanvarında ABŞ hərbçilərinin keçirdiyi əməliyyatı da müsbət qiymətləndirib. Əməliyyat zamanı ABŞ Silahlı Qüvvələri Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşını ölkədən çıxarıb.

Digər xəbərlər