Leskyur: Aİ 3 ay ərzində ehtiyatlardan 42 milyon bareldən çox yanacaq çıxaracaq

Avropa İttifaqı (Aİ) ölkələri Yaxın Şərqdə davam edən münaqişə fonunda qiymətləri aşağı salmaq üçün 3 ay ərzində öz ehtiyatlarından 42 milyon bareldən çox yanacaq çıxaracaq.

"Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və maliyyə naziri Rolan Leskyur Lüksemburqda keçirilən Enerji Şurasının iclasına gedərkən bildirib.

"Biz iki əsas məsələni müzakirə edəcəyik. Birincisi, benzin və dizelin strateji ehtiyatlarının istifadəyə verilməsidir. Bu, oktyabrın 2-də Fransa Prezidenti Emmanuel Makronun sədrliyi ilə keçirilən G7 görüşündə qərara alınıb. Növbəti üç ay ərzində 42 milyon bareldən çox buraxacağıq", - o deyib və bu həcmin yarısını dizel yanacağının təşkil edəcəyini qeyd edib.

İkinci məsələ qalıq yanacaqlardan asılılığın azaldılması və bərpa olunan energetikanın inkişafı ilə bağlıdır.

Digər xəbərlər