Venesuela Vaşinqtonla tərəfdaşlıq çərçivəsində ABŞ-yə çatdırılmaq üçün milyonlarla barel neft istehsal edir.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə Cənubi Karolinada Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışında bildirib.
"Biz Venesueladakı müharibəni bir gecədə qazandıq. İndi ölkəmizə gələn milyonlarla barel neft istehsal etmək üçün onlarla tərəfdaşlıq edirik", - ABŞ lideri bildirib.