Avropa İttifaqının (Aİ) Bosniya və Herseqovinadakı hərbi kontingentinin (EUFOR) helikopteri Brçko şəhəri yaxınlığında qəzaya uğrayıb.
"Report" "Klix" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
"Brçko Sağlamlıq Mərkəzi" ictimai səhiyyə müəssisəsinin direktoru Yasmina Mehanoviçin sözlərinə görə, 1 nəfərin vəziyyəti kritikdir.
"EUFOR təsdiqləyir ki, bu gün Brçko rayonunda planlı əməliyyat zamanı bədbəxt hadisə baş verib və nəticədə ona məxsus təyyarələrdən biri qəzaya uğrayıb", - təşkilatın bəyanatında bildirilib.
Məlumata görə, infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə polis, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları gəlib, hadisə ərazisi mühasirəyə alınıb. Araşdırma başlanılıb.