Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsindən gedəcəyi tarixi açıqlayıb

Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard səlahiyyətlərini vaxtından əvvəl başa vuraraq 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının bəyanatında bildirilib.

"Bu gün Avropa Mərkəzi Bankının Prezidenti Kristin Laqard İdarəedicilər Şurasına və Avropa Şurasının sədri Antonio Koştaya 2027-ci il fevralın 7-də vəzifəsini tərk edəcəyini bildirib", - bəyanatda qeyd olunub.

Laqardın səlahiyyət müddəti 2027-ci ilin oktyabrın sonunda başa çatmalı idi. Onun vaxtından əvvəl vəzifədən getməsi ilə bağlı şayiələr artıq bir neçə aydır gəzirdi.

Laqard 2019-cu ildə Mario Draqini əvəz edərək bankın dördüncü rəhbəri (və bu postda Fransanın ikinci nümayəndəsi) olub.

Mümkün xələflər kimi Pablo Ernandes de Kos (İspaniya) və Klaas Knot (Niderland) nəzərdən keçirilir. Avropa Mərkəzi Bankı rəhbərinin xələfini Avropa İttifaqının fəaliyyəti haqqında müqavilənin 283-cü maddəsində nəzərdə tutulmuş prosedura uyğun olaraq Avropa Şurası təyin edəcək.

Digər xəbərlər