UKMTO: Hörmüz boğazında gəmi yanıb

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) Hörmüz boğazında, Hasabdan (Oman) 9 dəniz mili şimalda baş vermiş insident barədə məlumat yayıb.

"Report" xəbər verir ki, idarədən qeyd edilib ki, başqa bir gəminin kapitanı alova bürünmüş gəmi müşahidə edib.

Ekipajın vəziyyəti, gəmiyə dəyən ziyan və ətraf mühitə təsiri barədə məlumatlar daxil olmayıb.

"UKMTO gəmilərə bu ərazidən keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə məlumat verməyi tövsiyə edir", - məlumatda vurğulanıb.

Digər xəbərlər