Tokio ilə qonşu olan Çiba prefekturasının şimal-şərqində 5,5 maqnitudalı zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı 50 km dərinlikdə yerləşib, yeraltı təkan Tokionun şimal-şərqində də hiss olunub, sunami təhlükəsi yoxdur.
Xəsarət alanlar və dəyən ziyan barədə məlumat daxil olmayıb.