Uruqvayda iki təyyarə toqquşub, pilotlardan biri həlak olub

Uruqvayda təlim uçuşu zamanı iki təyyarənin toqquşması nəticəsində pilotlardan biri həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Subrayado" nəşri Hərbi Hava Qüvvələrinin (HHQ) bəyanatına istinadən məlumat yayıb.

Hadisə cənubdakı Kanelones departamentinin Quasuvira kurort şəhəri ərazisində baş verib. İki kiçik təyyarə havada toqquşub.

Uruqvay HHQ-dən bildirilib ki, toqquşmadan sonra təyyarələrdən biri qəza enişi edib, digəri isə meşəlik əraziyə düşüb, nəticədə pilot həlak olub. Digər təyyarənin pilotu xəsarət almayıb.

"Həlak olan pilotun 58 yaşı var idi, o, istefada olan HHQ zabiti olub", - "Subrayado" qeyd edir.

Digər xəbərlər