Amerikanın "Anthropic" süni intellekt şirkəti İlon Maskın "SpaceX" şirkətinin rüblük gəlirlərinin üçdə birindən çoxunu təmin edərək ən böyük müştərisi olub.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, "Anthropic"in sifarişləri 2026-cı ilin üçüncü rübündə "SpaceX"in gəlirinin təxminən 34,5 %-ni təşkil edib. Süni intellektin inkişaf etdiricisi ilə əməkdaşlıqdan əldə edilən gəlir şirkətin ABŞ hökuməti ilə müqavilələrindən əldə etdiyi gəliri üstələyib.
Bu il "Super Intelligence" bölməsini əldə edən "SpaceX" "Anthropic"i Tennessi ştatının Memfis şəhərindəki məlumat mərkəzlərindən hesablama gücü ilə təmin edir.
Qeyd olunur ki, 2029-cu ilə qədər davam edən müqavilələrin şərtlərinə görə, "Anthropic" dekabrdan etibarən "SpaceX"ə ayda təxminən 3,1 milyard dollar ödəyəcək.