​Amerikada naməlum şəxs dörd nəfəri güllələyib

Bakı. 23 iyun. REPORT.AZ/ Amerikanın Corciya ştatının Stoun-Mauntin şəhərində naməlum şəxs dörd nəfərə atəş açıb, onlardan biri ölüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən WXIA-TV telekanalı məlumat yayıb.

Atışma barədə məlumat 00.30 radələrində daxil olub, hüquq-mühafizə orqanları hadisə yerinə gəliblər.

De-Kalb dairə polisinin məlumatına görə, insident narkotik ticarəti ilə əlaqəlidir. Hadisə ilə bağlı bir neçə şübhəli şəxs saxlanılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10