Mərkəzi Afrika Respublikasında (MAR) silahlı qruplaşmalar arasında baş verən atışma nəticəsində azı 50 nəfər ölüb.
“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə Ndele şəhərində qeydə alınıb.
Məlumata görə, artıq 53 nəfər dəfn edilib. Onlardan 25-i mülki vətəndaşdır.
Atışmanın episentri mərkəzi şəhər bazarı olub.