ABŞ: universitetdə atışma nəticəsində bir nəfər ölüb

Bakı. 23 oktyabr. REPORT.AZ/ ABŞ-ın Tennessee Dövlət Universitetində silahlı insident nəticəsində bir nəfər ölüb, üç nəfər isə yaralanıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ polisi bildirib.

Zorakı hadisə oyunla bağlı yaranmış mübahisədən sonra baş verib.

Universitet sözçüsü bildirib ki, mübahisədə iştirak edən şəxslər universitet tələbələri olmayıb və güman ki, qumar oynayıblar.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10