Bakı. 10 noyabr. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasiyasının cümə günü Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatın itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Suriyanın insan haqlarına riayət olunmasına nəzarət Mərkəzinə istinadən "Al-Hadath" telekanalı məlumat yayıb.
Bildirilir ki, koalisiya təyyarələri İŞİD qruplaşmasının ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.
Bundan əvvəl Suriyada hərbi münaqişə zamanı 689 jurnalist öldürüldüyü bildirilib.