Barak Obama İslam icması qarşısında çıxış edəcək

Bakı. 31 yanvar. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə məscidə gedəcək.

Dövlət başçısı Merilend ştatının Baltimor şəhərində yerləşən məscidi ziyarət edəcək.

ABŞ prezidentinin məscidə ilk ziyarətinin səbəbi anti-müsəlman əhval-ruhiyyəsinin artmasından yaranan narahatçılıqla bağlıdır. Barak Obama İslam icması qarşısında çıxış etməklə yanaşı, nlarla etiqad azadlığı məsələlərini müzakirə edəcək.

Digər xəbərlər