ABŞ-nin dövlət borcu 37 trilyon dolları keçərək tarixi maksimumu yeniləyib.
“Report”un məlumatına görə, bu barədə “U.S. Debt Clock” portalının məlumatında deyilir.
Son 12 ay ərzində federal borc 1,56 trilyon dollar artıb. Əhalinin hər nəfərinə borc 100 min dollardan çoxdur və bu rəqəm artmaqda davam edir.