Bakı. 23 noyabr. REPORT.AZ/ Birləşmiş Ştatlara məxsus beş hərbi vertolyot qatı duman səbəbindən Polşa ərazisinə təcili eniş edib.
"Report" xəbər verir ki, bir neçə ay ərzində yerli ordu əsgərlərinin hazırlığı ilə məşğul olan 15 amerikalı hərbçinin uçduğu dörd "Apache" və "Black Hawk" tipli vertolyot Miroslavtsdan Leypsiqə döyüş ləvazimatları daşıyırmış.
Vertolyotlar Kşençin yaşayış məntəqəsi yaxınlığında eniş ediblər və bütün gecəni orada keçirməli olublar.