ABŞ "Hizbullah"ın tərksilah edilməsi ilə bağlı Livanın səylərini dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, radikal "Hizbullah" qruplaşmasının tərksilah edilməsi məsələsində Livan hökumətini tam dəstəkləyirlər.

"Report"un məlumatına görə, Tramp bunu İsrail parlamentində (Knesset) çıxışı zamanı bəyan edib.

"Mənim administrasiyam Livan hökumətini və onların "Hizbullah" qruplaşmasının tərksilah edilməsi üçün göstərdikləri səyləri fəal şəkildə dəstəkləyir. Livan Prezidenti hər şeyi düzgün edir", - D.Tramp bildirib.

Digər xəbərlər