ABŞ-da virusa yoluxanların sayı 42 milyonu keçib

ABŞ-da koronavirusa 78 028 yoluxma faktı qeydə alınıb, 602 nəfər isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

“Report” pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, Birləşmiş Ştatlarda koronavirus qurbanlarının sayı ümumilikdə 679 481 nəfərə çatıb.

İndiyədək ABŞ-da koronavirusa 42 059 244 yoluxma halı aşkarlanıb, 32 008 868 xəstə isə sağalıb. Hazırda müalicəsi davam edən 9 370 895 xəstədən 25 573 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10