​ABŞ-da silahlı şəxs tibb müəssisəsinə girərək atəş açıb, 11 nəfər yaralanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Cümə günü axşam Kolorado-Sprinqs Ailə Planlaşdırılması Mərkəzinin binasında silahlı şəxs insanlara atəş açıb.

"Report" xəbər verir ki, son məlumatlara görə, insident nəticəsində 11 nəfər yaralanıb.

Onlardan altısı mülki şəxs, 5 nəfəri isə polis əməkdaşıdır. Asayiş keşikçiləri bir neçə saat ərzində canini zərərsizləşdirməyə çalışıblar, lakin sonradan o özü təslim olub.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10