Bu ilin ilk ayında Azərbaycana xaricdən 104 min ABŞ dolları dəyərində 13,14 min dekalitr mineral su gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 52 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 31,1 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,6 dəfə çoxdur) 3,2 min dekalitr (+2,2 dəfə), Rusiyadan 21,6 min ABŞ dolları dəyərində (-69 %) 4 min dekalitr (-74 %), Fransadan 19,15 min ABŞ dolları dəyərində (-14,7 %) 2,1 min dekalitr (-16,7 %), İspaniyadan 11 min ABŞ dolları dəyərində (+16,4 %) 1,4 min dekalitr (+21,6 %), Ukraynadan 10,1 min ABŞ dolları dəyərində 1,9 min dekalitr məhsul alıb.
Bir il 6 aylıq fasilənin ardından Ukraynadan mineral su tədarükü bərpa edilib.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilən 881 min dekalitr mineral suyun 43,7 %-i Gürcüstanın, 38,4 %-i Rusiyanın payına düşüb.