Bakı. 27 aprel. REPORT.AZ/ Türkiyə Hava Yollarının (THY) sərnişinləri seçki gününə aldıqları bileti dəyişdirə biləcəklər.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bülent Ekşi məlumat yayıb.
Onun sözlərinə görə, iyunun 24-də sərnişinlər THY-dan aldıqları biletləri heç bir cərimə ödəmədən qaytara bilərlər: "Bu təşəbbüsü həyata keçirməkdə məqsədimiz sərnişinlərin seçkidə iştirakını təmin etməkdir. Çünki həmin gün ölkəmizin tarixində mühüm hadisədir".
Xatırladaq ki, iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək.