Türkiyə holdinqi Azərbaycanda investisiya qoymaq istədiyi sahələri açıqlayıb

Türkiyənin “Albayrak” şirkətlər qrupu Azərbaycanda sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları kimi sahələrə investisiya qoymağı nəzərdən keçirir.

Bunu “Report”a açıqlamasında holdinqin biznesin inkişafı üzrə direktoru Cumhur Güzəlçiftçi bildirib.

Məsələn, onun sözlərinə görə, "Albayrak" Türkiyədə “TÜMOSAN” markalı traktor istehsal edir və onu Azərbaycanda da istehsal edib satmağı planlaşdırır.

"Biz Türkiyədə və digrə ölkələrdə həyata keçirdiyimiz layihələri Azərbaycanda da reallaşdırmaq istəyirik, lakin bunun üçün uğun tərəfdaş olmalıdır", - deyə direktor qeyd edib.

C. Güzəlçiftçi xatırladıb ki, şirkətlər qrupu 2022-cü ildə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC ilə birgə fəaliyyətə dair Anlaşma Memorandumu imzalayıb: "Bu sənədə əsasən, “Albayrak" Bakı Limanı ilə birgə “Ro-Ro” gübrə terminallarında fəaliyyət göstərir. Bu, əməkdaşlıq regionda Orta Dəhlizi inkişaf etdirir".

“Bununla yanaşı, Biz Bakı və Trabzon limanları arasında əlaqəni genişləndirmək istəyirik. Hazırda Orta Dəhlizdə yüklərin çatırılmasında Poti limanı önəmli yer tutur. Lakin bu liman kifayət etmir. Potidə yüklənmə çoxdur. Bizim üçün yüklərin tez göndərilməsi vacibdir. Ona görə də Trabzon limanını alternativ olaraq düşünürük. Poti Limanından yük axının həcminin artmasına görə artıq sifarişçilər Trabzon limanına üz tuturlar. Azərbaycan da öz alternativini yaratmalıdır”,-deyə o qeyd edib.

Türkiyənin “Albayrak” şirkətlər qrupunun Bakı limanında həyata keçirdiyi layihələrin ümumi dəyəri ilkin mərhələdə 30 milyon ABŞ dolları həcmində planlaşdırılıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34