Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin Bakı görüşündə yekun protokol imzalanıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşkıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşün yekunlarına dair protokol imzalanıb. 

"Report" xəbər verir ki, görüşdə Qırğızıstanın milli iqtisadiyyat nazirinin müavini Ayday Kurmanova və şuranın baş katibi Ramil Həsənov çıxış ediblər. 

Sonda Şura Katibliyinin iqtisadiyyat üzrə işçi qrupunun hesabatı dinlənilib. Bir gün əvvəl işçi qrupunda müzakirə edilən məsələlər barədə məlumat verilib. Hesabatda qeyd edilən məsələlər üzrə müzakirələr aparılıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34