Bakı. 20 aprel. REPORT.AZ/ İyunun 7-də, saat 11:00-da “Şəki Kimyəvi Təmizləmə” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə müəssisənin İdarə Heyətinə istinadən rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Şəki şəhəri, Oğuz şossesi, 4 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyətijnin yekunlarının müzakirə edilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Şəki Kimyəvi Təmizləmə” ASC 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 51 462 manatdır.