Bakı. 15 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Azərbaycanda səfərdə olan Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ARDNF-dən “Report”a verilən məlumata görə, görüşdə Fondun fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti və Fransada yeni investisiya imkanları müzakirə edilib.
Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.