Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək

Sentyabrın 9-da saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək.

"Report" komitəyə istinadən xəbər verir ki, qəbul Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 1) baş tutacaq.

Qəbulda Samux və Göygöl rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinlərinin müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51