Son 5 ildə Azərbaycanda məşğulluq orqanları vasitəsilə və sahibkarların köməkliyi ilə 382 min nəfər işə düzəldilib.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İqtisadiyyat Nazirliyinin, KOBİA və ASK-nın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
Nazir, həmçinin 14 min nəfərin peşə hazırlığına cəlb olunduğunu bildirib:
"2 000 nəfərə yaxın işsiz işlə təmin edilib. Bütün aktiv məşğulluq tədbirləri sahibkarların ciddi dəstəyi olmadan həyata keçirilə bilməzdi. Qeyd edim ki, Azərbaycanda özünəməşğulluq proqramının icrasına 2017-ci ilin sonlarından başlanılıb. Keçən il bu proqram 16 min şəxsi əhatə edib. Bu proqram xüsusilə də mikro və kiçik sahibkarlığın inkişafı baxımından önəmlidir. Ötən dövr ərzində proqram çərçivəsində 60 mindən çox ailəyə mikro və kiçik biznesin qurulması üçün dəstək göstərilib".
"Azərbaycanda sahibkarların ciddi Korporativ Sosial Məsuliyyət (KSM) layihələri də həyata keçirilir. Xüsusilə pandemiya dövründə qısa müddət ərzində 5 milyon insanı əhatə edən sosial dəstək paketləri həyata keçirildi. Hökumət də sahibkarlarımıza bu barədə müraciət ünvanladı. Azərbaycanda pandemiya dövründə əmək müqavilələrinin sayı nəinki azalmadı, hətta artdı. 6 aylıq bir dövrdə sahibkarlar yüz minlərlə dəstək paketlərini işsizlərə təqdim etdi. Vətən müharibəsindən sonra da sahibkarlar KSM istiqamətində önəmli addımlar atdı", - deyə S.Babayev əlavə edib.
Sahil Babayev: "Son 5 ildə Azərbaycanda sahibkarların köməkliyilə 382 min nəfər işə düzəldilib"
Digər xəbərlər
Azərbaycan və Böyük Britaniya arasında iqtisadi tərəfdaşlıq müzakirə edilib
26 oktyabr, 2026 / 10:03
Azərbaycan tütün ixracından qazancını 42 %-ə yaxın artırıb
24 oktyabr, 2026 / 16:58
Azərbaycan kakao ixracından qazancını 28 %-dən çox artırıb
24 oktyabr, 2026 / 15:40
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
24 oktyabr, 2026 / 11:00
Azərbaycanda içki idxalına çəkilən xərclər 13 %-dən çox artıb
24 oktyabr, 2026 / 10:40
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
24 oktyabr, 2026 / 10:16
Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması qaydası təsdiq edilib
23 oktyabr, 2026 / 17:39
Azərbaycanda zərgərlik sahəsində yeni dövlət standartları qəbul edilib
23 oktyabr, 2026 / 17:38
İxrac və daxili daşıma dəstəklərinin şamil olunmadığı əməliyyat və şəxslərin siyahısı təsdiqlənib
23 oktyabr, 2026 / 17:34
Azərbaycanın Ukraynadan mal əti idxalına çəkdiyi xərc 39 % artıb
23 oktyabr, 2026 / 17:33
İxracda kompensasiya dəstəyi verilməyəcək əməliyyatların və şəxslərin siyahısı təsdiqlənib
23 oktyabr, 2026 / 17:30
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
23 oktyabr, 2026 / 17:26
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 11 %-dən çox artırıb
23 oktyabr, 2026 / 17:24
Azərbaycanda İKT sahəsində 7 yeni dövlət standartının layihələri hazırlanıb
23 oktyabr, 2026 / 16:39
Azərbaycanda daha 9 nəqliyyat vasitəsi özəlləşdirilib
23 oktyabr, 2026 / 15:12
AzMİ Polşanın Mərkəzi Ölçülər İdarəsi ilə Yol Xəritəsi imzalayıb
23 oktyabr, 2026 / 15:08
Hüseyn Hüseynov: DİM-in lokallaşdırılmasında pilot şəhərlər Şuşa və Naxçıvan seçilib
23 oktyabr, 2026 / 14:48
Azərbaycanın Avstraliyadan qoyun ətinin alışına çəkdiyi xərc 6 dəfəyədək artıb
23 oktyabr, 2026 / 14:45
Nağdsız hesablaşmalar şöbəsi müştərilərin xidmətindədir!
23 oktyabr, 2026 / 11:00