Azərbaycan və İndoneziya arasında yaxşı iqtisadi əlaqələr qurulub, lakin iqtisadi əməkdaşlığın genişləndirilməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmi bu gün Bakıda keçirilən biznes forumda çıxışı zamanı deyib.
"İki ölkə arasında çoxdandır ki, çox yaxşı iqtisadi münasibətlər və əməkdaşlıq mövcuddur, hər iki ölkə həmçinin böyük iqtisadi potensiala malikdir. Lakin hesab edirəm ki, bu potensialdan tam istifadə olunmayıb və bu, hələ ki, iki dövlət arasındakı ticarətin dəyərində, həcmində öz əksini tapmır", - səfir bildirib.
Diplomat vurğulayıb ki, ölkələrin iqtisadi əməkdaşlığı genişləndirmək üçün böyük perspektivləri və böyük imkanları var: "Buna görə də biz bu iqtisadi qarşılıqlı əlaqənin inkişafı üçün müxtəlif addımlar atmalıyıq və mən sizin hamınızı bu imkanlardan istifadə etməyə çağırıram".