Rusiya prezidenti: "Müxtəlif ölkələrin addımları dünya iqtisadiyyatında sistemli böhrana gətirib-çıxara bilər"

Bakı. 25 may. REPORT.AZ/ "Müxtəlif ölkələrin addımları dünya iqtisadiyyatında sistemli böhrana gətirib-çıxara bilər". 

"Report" rus mətbuatına istinadən xəbər verir ki, bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda Rusiya prezidenti Vladimir Putin deyib.

"Müqavilə tərəflərindən birinin hüquqi müstəvidən çıxması, razılaşmanın pozulması həmişə risklərə yol açır. Bu, işgüzar təcrübəsinin aksiomasıdır. Qlobal miqyasda dövlətin, xüsusilə güc mərkəzi olan dövlətin bu cür davranışı mənfi və hətta dağıdıcı nəticələrə gətirib çıxara bilər", - deyə o bildirib. 

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34