Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb.
Bu barədə "Report" Özbəkistanın Milli Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssisə fəaliyyət göstərir. Onlardan 4 611-i birgə və 15 891-i xarici müəssisədir. Son 5 ildə fəaliyyət göstərən xarici investisiyalı müəssisələrin ümumi sayı 1,4 dəfə artıb.
Xarici kapitallı müəssisələrin sayına görə TOP10 ölkə sırasına Azərbaycan da (7-ci yer) daxildir.