Bu ilin yanvar ayında Azərbaycanda 125,3 kq qızıl, 283,5 kq gümüş istehsal edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı 2023-cü ilin eyni dövrünə nisbətən 30,9 %, gümüş istehsalı 8,2 % azslıb.
Ötən ay Azərbaycanda mis konsentratının istehsalı 6,5 ton olub ki, bu da bir il əvvəlki göstəricidən 97,2 % azdır.
Fevralın 1-nə ölkədə 156,1 kq qızıl, 556,2 kq gümüş ehtiyatı yaranıb. Mis konsentratının ehtiyatı 66,9 ton təşkil edib.