Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı 48 % artıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 11 380 şəxs qəbul edilib.

"Report" quruma istinadən xəbər verirk i, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 14.966 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 47,7 % çoxdur.

Ümumi xidmətlərin 93 %-ni 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

Yanvar-mart aylarında vergi ödəyicilərinə 319 520 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 25 görüş keçirilib, 119 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 782 müraciət üzrə 1 326 "ASAN İmza" sertifikatı verilib.

Xəbər lenti