Mikayıl Cabbarov: "Şimali Makedoniya ilə bir sıra sahələrdə birgə fəaliyyət perspektivləri var"

Azərbaycan və Şimali Makedoniya arasında energetika, investisiyalar, ticarət, turizm və aqrar sahə üzrə birgə fəaliyyətin təşviqi perspektivləri var.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, Şimali Makedoniyaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa işləri naziri Orhan Murtezani görüş keçirilib.

“Görüşdə əməkdaşlıq sahələrinin şaxələndirilməsinin ölkələrimiz üçün ortaq faydalarını dəyərləndirdik”, - deyə nazir qeyd edib.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34