“ISR Holding” yeni şirkət yaradıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Vergilər Nazirliyi “ISR Management” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “ISR Holding” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 69-da (“ISR Plaza” iş mərkəzində) dövlət qeydiyyatından keçib.

“ISR Management”in nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Rauf Xəlilovdur. Xatırladaq ki, o, “ISR Holding”in rəhbəri İskəndər Xəlilovun oğludur.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34