İspaniya Azərbaycana antifriz ixracını bərpa edib

Bu ilin yanvar-may aylarında Azərbaycana xaricdən 1,752 milyon ABŞ dolları dəyərində 1 min 249 ton antifriz gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2 % çoxdur, kəmiyyət olaraq – 26,2 % azdır.

Hesabat dövründə Almaniyadan 368,22 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,8 % artıb) 138,91 ton (-6 %), Rusiyadan 345,54 min ABŞ dolları dəyərində (-50,3 %) 382,56 ton (-57,8 %), Ukraynadan 281,05 min ABŞ dolları dəyərində (+38,4 %) 328,26 ton (+0,6 %), Belçikadan 267,74 min ABŞ dolları dəyərində (+2 dəfə) 99,86 ton (+38,9 %), Türkiyədən 259,09 min ABŞ dolları dəyərində (+60 %) 160,4 ton (+46,8 %) məhsul idxal edilib.

Üç illik fasilənin ardından İspaniyadan tədarük bərpa edilib. Bu ölkədən 1,88 min ABŞ dolları dəyərində 1,5 ton antifriz alınıb.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34