Bakı. 20 aprel. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayevin Bərdədə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, nazirin qəbulu aprelin 21-də baş tutmalı idi.