“European Tobacco-Baku”nun nizamnamə kapitalı azaldılır

Sentyabrın 2-də, saat 10:00-da “European Tobacco-Baku” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi, 12 ünvanında yerləşən iş mərkəzində olacaq.

Yığıncağın gündəliyinə müəssisənin nizamnamə kapitalının azaldılması məsələləri daxildir.

Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, ölkənin aparıcı siqaret istehsalçısıdır. Onun nizamnamə kapitalı 44,635 milyon manatdır.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34