Futbol üzrə Dünya Çempionatı çərçivəsində Qətərin paytaxtı Doha şəhərində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.
“Report” xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tviter səhifəsində yazıb.
"Futbol üzrə Dünya Çempionatının keçirildiyi müddətdə Doha şəhərində KOBİA-nın dəstəyi ilə yerli kiçik və orta sahibkarlıq subyektlərimiz dünyanın hər yerindən gələn milyonlarla turistə Azərbaycan mətbəxinin qəlyanaltıları, yeməkləri və içkilərindən ibarət mini-treyler təqdim edirlər".