İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) bu ilin əvvəlindən 1 963 sahibkara 90,2 milyon manat, o cümlədən 1 953 kiçik və orta həcmli layihəyə 62,8 milyon manat güzəştli kredit verib.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Onun sözlərinə görə, güzəştli kreditlərin 68,8 %-i aqrar sektor, 31,2 %-i isə sənaye məhsullarının istehsalı və emalı sahələrinə yönəldilib.
Kreditlərin 83,3 %-i regionların, 16,7 %-i isə Bakının qəsəbələrinin payına düşüb.