Bu ilin yanvar-fevral aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 908,3 milyon manat olub.
Bu barədə “Report” Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,9 % artıb.
Hüquqi şəxslər tərəfindən əhaliyə 832,9 milyon manatlıq xidmət göstərilib ki, bu da, xidmətlərin ümumi dəyərinin 91,7 %-ini təşkil edib.
Xatırladaq ki, Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1 % artaraq 1 milyard 724,9 milyon manat olub.