Bu ilin fevral ayında Bakıda kommersiya obyektlərinin satışı (orta qiymət, manat/kv.m) yanvar ayına nisbətən 6,8 %, son 1 ildə isə 24,37 % bahalaşıb.
Bu barədə “Report”a “Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyinin sədri, MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, obyektlərin icarə qiymətləri (orta qiymət, manat/obyekt) ay ərzində 17,06 % azalıb, il ərzində isə 7,46 % artıb.