Bu ilin yanvar-avqust aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,2 % artaraq 334,3 mln manat olub.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsinin Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, hüquqi şəxslər üzrə ictimai iaşə dövriyyəsi 293 mln manat olub ki, bu da ümumi dövriyyənin 87,6 %-ini təşkil edib.