Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 15 %-dən çox artıb

Bu ilin yanvar ayında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 523,1 milyon manat olub.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,4 % çoxdur.

Hesabat dövründə hüquqi şəxslər əhaliyə 510,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 97,6 %-ini təşkil edib.

Xatırladaq ki, cari ilin birinci ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri illik müqayisədə real ifadədə 4,9 % artaraq 946,1 milyon manat olub.

Xatırladaq ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,9 % artaraq 946,1 milyon manat olub.

Digər xəbərlər