Bakı. 8 noyabr. REPORT.AZ/ Bakıda noyabrın 10-da İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə “Azərbaycanda və İranda investisiya imkanları” mövzusunda konfrans keçiriləcək.
“Report”un “Azpromo”ya istinadən verdiyi xəbərə görə, konfransda İranın 40-dan çox şirkət və təşkilatın nümayəndələrinin iştirakı gözlənilir.
Konfrans haqqında məlumat almaq və tədbirdə iştirak etmək istəyənlər “Azpromo”ya müraciət edə bilərlər.