2023-cü ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "Azəripək” MMC 1,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report” bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayına istinadən xəbər verir.
Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə 0,1 milyon ABŞ dolları və yaxud 5,9 % çoxdur.
Ötən il Azərbaycanın ümumi ixracının dəyəri 33,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə əvvəlki illə müqayisədə 9,8 % artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.