Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 40 milyard 862 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 21 milyard 637 milyon ABŞ dolları ixracın, 19 milyard 225 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,9 % azalıb, idxal isə 15,6 % artıb.
Son nəticədə xarici ticarətdə 2 milyard 412 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,5 dəfə azdır.